Cümə , 26 Aprel 2024
Drone Cameras

Hərb meydanında hər qələbə Azərbaycan diplomatiyasının daha da gücləndirir – Cəsarət Hüseynzadə

“Oktyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə Vaşinqtonda Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı müzakirələr aparılıb. Son məlumata görə Dövlət Departamenti, həmçinin  ATƏT-in Minsk Qrupunun həmsədirləri bəyanatla çıxış ediblər və növbəti dəfə humanitar atəşkəs elan haqqında razılıq olub.  Humanitar atəşkəslə bağlı hər bir ölkə öz üzərinə müəyyən öhdəliklər götürür. Azərbaycan tərəfi hər zaman bu öhdəlikləri yüksək səviyyədə, ölkə başçısı tərəfindən şərtləri və qaydası ilə mövqeyini dəqiq bildirir, humanitar atəşkəslə bağlı götürdüyü öhdəliyi yerinə yetirir. Amma təəssüf ki, sentyabrın 27-dən bu günə qədər iki dəfə humanitar atəşkəs haqqında razılıq əldə olundu və  Ermənistan tərəfi atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi cavab atəşi verib.”

Bu fikirləri Olaylar.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.

Cəsarət Hüseynzadə qeyd edir ki, üçüncü atəşkəslə bağlı artıq Ermənistan tərəfinin yenidən atəşkəsin pozulması halları qeydə alınıb: “Sözsüz ki, bunun da səbəbi odur ki, düşmən cəbhə bölgəsində çox ciddi məğlubiyyətə uğrayıb, ölkənin daxili auditoriyası bununla bağlı faşist rəhbərə öz kəsgin etirazını bildirir. Azərbaycan ordusu tərəfindən işğal altında olan xeyli sayda kənd azad olunub. Belə olan halda Ermənistan tərəfinin atəşkəsə əməl etməsi sual yaradır. Çünki düşmən hər zaman, istər atəşkəs vaxtı, istər sülh danışıqlarında, məqsədləri provakasiyalar törətməklə vəziyyəti gərginləşdirməkdir. Ona görə də inanmıram ki, Ermənistan bu dəfə də atəşkəs rejiminə əməl edəcəyini düşünmürəm.”

ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərin bəyanatında müəyyən irəliləyişlər olacağını qeyd edən QHT.az saytının rəhbəri bildirir ki,  bu irəliləyişlər faktlarla olmasını arzulayır:

“Artıq oktyabrın 29-da Azərbaycan və Ermənistan XİN-lərinin yeni mərhələdə görüşləri olmalıdır. Görüşdə əsas məqsəd məhz Azərbaycanın tələb etdiyi işğal olunmuş ərazilərin cədvəllə azad edilməsi məsələsi gündəmə gəlməlidir. Həmçinin monitorinq məsələsi qabardılmalıdır. Düzdür, biz bilmirik ki, Ermənistan bu prosesdə nə qədər konstruktiv mövqe sərgiləyəcək. Amma bütün hallarda Ermənistanın bu konstruktiv mövqe sergiləmədiyi təqdirdə, Azərbaycan artıq döyüş meydanında öz gücünü göstərib və çox sürətlə irəliləyir. Bütün hallarda Azərbaycanın mövqeyi sülh danışıqlarında böyük mənada üstün mövqedədi. Hərb meydanında hər qələbə Azərbaycan diplomatiyasının daha da gücləndirir və danışıqlar masasında Azərbaycanın mövqeyini daha da qətiləşdirir. Azərbaycanın danışıqlar masasında istinad edəcəyi yeganə arqumentlər beynəlxalq hüquq, BMT-nin 4 qətnaməsidir ki, Azərbaycan da hər zaman da buna istinad edir.”

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …