Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hərbi Polisin əməkdaşı: “Bir həftədir Laçındayıq”

“Artıq bir həftədir Laçındayıq. Bölmələrimiz Laçın şəhərini, Zabux və Sus kəndlərini tam nəzarətə götürüb”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşına Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşı Nurlan Tağıyev deyib.

O bildirib ki, kiçik çavuş olaraq hərbi polisin hərbi polis bölmələrinin xidməti ilə bağlı qarşıda duran tapşırıqları qürurla icra edilir:

“Sevinirəm ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi, mənə də Laçın şəhərində olmaq, burada xidmət etmək nəsib olub. Xidmət yoldaşlarımla birlikdə komandirlərimizin rəhbərliyi altında gündəlik fəaliyyətləri icra edirik. İlk gündən burada yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunub. Hərbi polis şəxsi heyəti olaraq buraxılış rejiminə, nizam intizama, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı günün nizam qaydalarına düzgün əməl edilməsinə nəzarət edirik. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata aparırıq, obyektləri mühafizə edirik, əraziyə daxil olan texnikaların uçotunu aparırıq, hərbi maşınların hərəkəti istiqamətləndiririk, həm də təhlükəsizlik məqsədilə kolonları müşayiət edirik. Bir sözlə, üzərimizə düşən vəzifələri lazımınca icra etmək üçün səylə çalışırıq”.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …