Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb – QƏRAR

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərarlara dəyişikliklə bağlı Qərar imzalayıb.

Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Check Also

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin …