Bazar ertəsi , 28 Aprel 2025
Drone Cameras

Həştərxan vilayəti Azərbaycan bazarına tədarükü artırmağı planlaşdırır

Bakıda yerləşən Həştərxan İşgüzar Mərkəzi yeni layihələrin icrasına başlayıb.

Onun sözlərinə görə, ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın prioritet istiqaməti olaraq qalmaqdadır. Vilayətin qubernatoru İqor Babuşkinin ötən ilin dekabr ayında Azərbaycan səfəri çərçivəsində qəbul edilmiş bu il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramının icrasına başlanılır.

“Hazırda, Rusiya məhsullarının Azərbaycan bazarına tədarükünü artırmağa imkan verəcək layihələr üzərində işlər aparılır. Həştərxan vilayətinin İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi bu işlə məşğuldur”,- İ.Mirişov deyib.

Onun sözlərinə görə, həştərxanlı məhsul istehsalçılarının Azərbaycanda öz məhsullarını realizə edə bilməsi üçün perspektivdə Mərkəzin bazasında Bakıda Həştərxan Ticarət Evinin yaradılması planlaşdırılır. Bundan başqa, Həştərxanın bir neçə firma mağazasının Bakıda açılması ilə bağlı layihə öyrənilir.

“Ötən il Azərbaycan və Həştərxan vilayəti arasında xarici ticarət dövriyyəsi 17 milyon ABŞ dolları təşkil edib, bu isə 18%-lik artım deməkdir. Bu ildə bu göstəriciləri yaxşılaşdırmaq üçün münbit şərait mövcuddur”, – mərkəzin təsisçisi deyib.

Check Also

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə …