Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “Putinlə Zelenski görüşə bilər”

“Fikrimcə, Putinlə Zelenski görüşə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, hər iki liderin, xüsusilə Putinin “hə” deməsindən asılıdır. Əslində, o, “yox” deməyib. Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb. Tərəflərin görüşməsi üçün tələblər arasındakı fərq azalmalıdır. Bu istiqamətdə isə səylər davam edir”, – o bildirib.

M.Çavuşoğlu həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı və ukraynalı həmkarları arasında telefon danışığının baş tutacağını söyləyib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …