Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər – Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …