Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Hadrutda fərdi evlər bərpa edilib, qəsəbədə 10 ailə məskunlaşıb

Hadrutda fərdi yaşayış evləri bərpa edilib, qəsəbədə 10 ailə məskunlaşıb. 

“Report”un Hadruta ezam edilmiş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə qəsəbəyə təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Hadrut qəsəbəsində ümumilikdə mövcud olan 541 evdən 462-si yararsız, 79-u isə qismən yararlıdır.

Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.

Hazırda qəsəbədə 10 ailə (41 nəfər) məskunlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrində, Sos kəndində olub. 

Check Also

Naxçıvan Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinad çıxarılır

Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklər …