Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”

“Gələn il Avropada enerji böhranı yarana bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.

Check Also

Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulur

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı …