Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik

Rusiya-Ukrayn müharibəsinin bölgəyə yayılması riski ciddi bir təhdid olaraq qalır, Qara dənizin təhlükəsizliyi bu narahatlığı artırır.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Qara dənizdə balıqçı və tankerlərin hədəf alınması düzgün deyil: “Hər iki tərəfin bu məsələdə diqqətli olmasını bir daha bəyan edirik”.

Nazirin sözlərinə görə, hazırda Rusiya-Ukrayna arasında diplomatik əlaqələrdə durğunluq müşahidə edilir, digər yandan isə hücumlar daha da güclənib.

H.Fidan bildirib ki, Türkiyə savaşın ilk günündən Ukaynaya siyasi və hərbi dəstək verir: “NATO zirvəsində də bildirildiyi kimi, bu dəstək davam edəcək. Türkiyə hər iki ölkə ilə təmaslarını davam etdirir. Savaşın tez bir zamanda bitməsi üçün dəstəyimizi davam etdiririk. Bundan sonra Türkiyə olaraq iki ölkə arasında danışıqlara ev sahibliyi etmək üçün diplomatik dəstəyimizə davam edəcəyik”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …