Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Hakimlər Hacı Əliyevi uduzdurdular, dava düşdü, işə polis qarışdı – VİDEO

Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

Boyukmillet.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.



İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Lakin hakimlər bunu qeydə almayıb.



Azərbaycan tərəfi etiraz etsə də, “çelenc”ə baxılaraq, rədd edilib. Bununla da Rəşidov 4:2 hesabı ilə qalib elan olunub.



Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polisrlər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …