Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Haluk Bayraktar: “PUA-larımızı Rusiyaya tədarük etməmişik və gələcəkdə də etməyəcəyik”

“Türkiyənin “Baykar Makina” şirkəti heç vaxt “Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) Rusiyaya tədarük etməyib və Ukraynanı dəstəklədiyi üçün gələcəkdə də etməyəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır:

“Bu, müdafiə və aerokosmik sektorlara da aiddir. Türkiyə Ukraynada PUA istehsalını dəstəkləyir, öz dronları üçün isə bu ölkədən mühərriklər alır”.

H.Bayraktar vurğulayıb ki, tərəflər arasında münasibətlər hər iki ölkə üçün qarşılıqlı faydalıdır.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …