Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 12 yaşlı yeniyetmə zəlzələdən 11 gün keçməsinə baxmayaraq, dağıntılar altından sağ çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Xarici vətəndaş olduğu bildirilən Osman Halebiye 260 saat dağıntılar altında qalıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Check Also

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb. Boyukmillet.com xəbər …