“İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ARAŞDIRMALAR MƏRKƏZİ” insan hüquqları təşkilatının məktəblərdə müəllimələrə və şagirdlərə qoyulmuş hicab qadağasına dair bəyanat yayıb.
Bəyanatda deyilir;
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı olaraq məktəblərdə müəllimə və şagirdlərin hicab taxmasına qadağa qoyulması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Azərbaycan əhalisinin böyük əksəriyyətini (94 %-ni) müsəlmanlar təşkil edir, eyni zamanda dünyəvi dövlətdir. Dünyəvilik dini inancların qadağan edilməsi deyil, dövlətin bütün inanclara bərabər və neytral münasibət göstərməsidir.
Azərbaycan Konstitusiyasının 25 və 48-ci maddələri bərabərlik və vicdan azadlığını təmin edir. Azərbaycan həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısıdır və Konvensiyanın 9-cu maddəsi din və vicdan azadlığını qoruyur.
Bu baxımdan, təhsil prosesinə real maneə yaratmayan hicabın ümumi şəkildə qadağan edilməsi ciddi hüquq pozuntusudur.
MƏRKƏZ – İnsan hüquqları təşkilatı olaraq qəti şəkildə bildiririk ki, müəllimə və şagirdin baş örtüklərinə görə dini ayrı-seçkiliyə məruz qalması yolverilməzdir.
Dövlət orqanlarını belə məhdudiyyətlərin hüquqi əsaslarını açıqlamağa, insan hüquqları və vicdan azadlığı prinsiplərinə hörmət etməyə çağırırıq.
Bu gün məhkəblərdə şagird və müəllimələrin dini inaclarının ifadəsinə qoyulan məhdudiyyət sabah digər dövlət orqanları və müəssisələrində çalışan hicablı xanımlara da tətbiq edilə, daha geniş hüquqi məhdudiyyətlərinə gətirib çıxara bilər. Xüsusi olaraq bir daha vürğuluyuruq ki, insan hüquqları bölünməzdir və vicdan azadlığı da istisna deyil.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
