Bazar , 1 Noyabr 2026
Drone Cameras

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi – İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur.

Boyukmillet.com nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub.

İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib. 

Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub.

Hazırda hadisənin baş vermə səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və onların ümumi səhhəti ilə bağlı məsələlərlə bağlı araşdırma aparılır.

Check Also

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.Bu barədə Boyukmillet.com-a Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, …