“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürürük. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir”.