Şənbə , 20 Aprel 2024
Drone Cameras

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar”

Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomtik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, ermənilərin Xocalı faciəsindən başlayan və bu gün də davam edən cinayət hadisələrinin tərkib hissəsidir.

H.Hacıyev qeyd edib ki, bu gün Azərbycan Prezidentinin təşəbbüsü ilə növbəti humanitatr missiya həyata keçirilib:

“Ermənistan Silahlı Qüvvələrinin əsgərləri və və hərbçilərin meyitləri birtərəfli qaydada verilməsi təşəbbüsü baş tutub. Bu gün Tovuz-Qazax istiqamətində humanist dəhliz açıldı. Artıq bu əməliyyat başa çatıb. Mülki insanlardan bir nəfər yaşlı qadın Gürcüstan vasitəsilə Ermənistana verilib. Bir nəfər yaşlı kişi isə tibbi şərait imkan verdiyi zaman təhvil veriləcək”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …