Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Hindistanda torpaq sürüşməsi olub, 67 nəfər ölüb, 30-u itkin düşüb

Hindistanın qərbində musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 67 nəfər ölüb, 30-dan çox insan itkin düşüb.

Boyukmillet.com  NTV-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Maharaştra əyalətindəki hökumətin sözçüsü Saqar Pathak məlumat verib.

70 min nəfər əhalisi olan sahilyanı Çiplun qəsəbəsinin sakinlərinin evlərini su basıb. Bu və su altında qalan başqa rayonların yerli hökuməti ordu, sahil mühafizə xidməti və Təbii Fəlakətlərlə Mübarizə Qüvvələrindən təxliyə üçün yardım istəyib.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …