Cümə , 27 Mart 2026
Drone Cameras

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük gəmisi İranın Keşm adası sahillərində saya oturub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, gəmi Keşm adasının cənub hissəsində yerləşən Ramçah yaşayış məntəqəsinin akvatoriyasında saya oturub.

Heyətin vəziyyəti və ya ekipaj üzvlərinin mümkün təxliyəsi barədə hələlik məlumat yoxdur.

Gəmiyə hücum barədə daha əvvəl – mart ayında “Reuters” agentliyi məlumat vermişdi.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …