Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Hulusi Akar: “Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini tutmaqdır”

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi – indiki hədəf budur”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, – cavabını verib.

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …