Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Hulusi Akar: “Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir”

“Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın şimalında hansı addımların atılması istiqamətində həm Rusiya, həm də ABŞ-la razılığı var: “Bu anlaşmaya əsasən ərazi terrorçulardan təmizlənməlidir. Tərəfdaşlarımızın da öhdəliklərinə düşəni icra etmələrini gözləyirik. Biz lazım olanı edəcəyik. Regionumuzda terrorçular üçün gələcək yoxdur. Biz bu mübarizəyə etinasız yanaşa bilmərik. Mübarizimiz davam edir, edəcək”.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …