Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Hulusi Akar: “Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”

“Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu terrorla mübarizəni qətiyyətlə davam etdirir: “İraqın şimalında terrorçuların sığınacaqları dağıdılır. Dünən İraqın şimalında terror qruplaşmalarının 2 “rəhbər şəxsi” təslim olub. Suriya ilə sərhəddə isə 3 terrorçu məhv edilib”.

H.Akar bildirib ki, Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhədlərinə, ərazi bütövlüyünə hörmət edir: “Bunu bütün həmsöhbətlərimizə deyirik. Biz Suriyanın şimalında terror dəhlizinin qurulmasının qarşısını alırıq. 2015-ci il iyulun 24-dən bəri 37 793 terrorçu məhv edilib”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …