Bazar , 22 Noyabr 2026
Drone Cameras

Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”

“Terror təşkilatlarında ciddi çöküş yaşanır”.

Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə keçirdiyi videokonfransda deyib.

O bildirib ki, əldə olunan kəşfiyyat məlumatları və terror qruplaşmalarının “rəhbər şəxs”lərinin açıqlamaları belə deməyə əsas verir: “Demək olar ki, terror təşkilatlarına kimsə üzv olmur. Həmçinin terror qruplaşmalarından ayırılanlar, qaçanların sayı kifayət qədər çoxdur”.

H.Akar söyləyib ki, Türkiyənin terrorla mübarizəsi sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək: “Onların ədalətə təslim olmalarından başqa yolu yoxdur. Kimlərinsə terrorçuları dəstəkləməsinə rəğmən, biz mübarizəmizi davam etdirəcəyik. İnşallah, millətimizi terror bəlasından xilas edəcəyik”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …