Cümə , 27 Mart 2026
Drone Cameras

Hulusi Akar: “We will save our nation from the scourge of terrorism”

“İnşallah, millətimizi terror bəlasından xilas edəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə vətəndaşlarla görüşündə deyib.

O söyləyib ki, Türkiyə ordusunun terrorla mübarizəsi qətiyyətlə davam edir: “Hərbçilərimiz Suriyanın, İraqın şimalında lazım olan bütün işləri görürlər. İnşallah, gələcəyə doğru əmin addımlar atırıq”.

Nazir qeyd edib ki, Türkiyənin böyüməsi və daha da güclənməsi üçün işlər davam edir: “Fevralın 6-da baş verən zəlzələdən sonra digər qurum əməkdaşları kimi, hərbçilərimiz də xalqın yanında oldu. Daha böyük və daha güclü olmaq üçün birlikdə işləməyə davam edəcəyik. 85 milyon tək yumruq, tək ürək olaraq bütün maneələri aşacaq”.

H.Akar həmçinin deyib ki, Türkiyənin müdafiə sənayesi sahəsindəki işlər də fasiləsiz olaraq davam edir.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …