Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hulusi Akar Xocalıya həsr olunmuş sərgini açıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Həsən Küçükakyüzlə birlikdə Mərkəzi Zabitlər Evində “29-cu ilində Xocalı Soyqırımı” foto sərgisinin açılış mərasimində iştirak edib.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən sərgini ziyarət edən H. Akar və digərlərinə fotolara dair məlumat verilib.

H. Akar Xocalı qətliamını unutmadıqlarını bildirib: “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan Türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …