Cümə , 7 Mart 2025
Drone Cameras

Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: “Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”

“Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”, – o bildirib.

H.Akar, həmçinin söyləyib ki, Türkiyə problemlərin sülh yolu ilə həlli üçün çalışır: “Bütün xoşniyyətli səylərimizə rəğmən, qonşumuz Yunanıstan hər dəfə təxribatlarla gərginliyi artırır. Bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”.

Check Also

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, …