Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Husilər Səudiyyənin iki neftayırma zavodunu bombaladı, neft istehsalı dayandırıldı, ABŞ İranı günahlandırdı

Səudiyyə Ərəbistanı sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların iki neftayırma zavoduna hücumundan sonra neft istehsalını müvəqqəti olaraq dayandırıb. Boyukmillet.com Baki-xeber.com-a istinadən xəbər verir ki, bunu Səudiyyənin enerji naziri şahzadə Əbdüləziz bin Salman deyib.

Enerji naziri bin Salman, Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA-ya açıqlamasında, “Saudi Aramco”ya aid Bikayk və Hırays neftayırma zavodlarında istehsalın müvəqqəti olaraq dayandırıldığını bildirib.

Bin Salman, ilkin təyinatlara görə, hücum nəticəsində baş verimiş partlayışların 5.7 milyon barel (şirkətin gündəlik neft istehsalının 50 faizi) xam neft tədarükünün dayandırılmasına səbəb olduğunu söyləyib.

Hücum səbəbilə daxili bazarda yanacaq çatışmazlığının olmayacağını ifadə edən Salman, şirkətin meydana gələn ziyanı təsbit etmək üçün işlərini davam etdirdiyini deyib.

“Saudi Aramco” da hücuma məruz qalmış müəssisələrdə yanğınlar olduğunu təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpası istiqamətində işlər aparılır.

OPEC-in məlumatına görə, pilotsuz uçan aparatların “Saudi Aramco”nun neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal edilib.

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya aid 2 zavoda dünən səhər saat 4-də silahlı pilotsuz uçan aparatlarla hücum nəticəsində yanğın baş verib.

Hücuma görə, məsuliyyəti Yəməndəki İran dəstəkli husi üsyançıları üzərinə götürüb. Husilər bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ dövlət katibi Mayk Pompeo isə hücumlara görə İranı günahlandırıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …