Bazar , 6 Oktyabr 2024
Drone Cameras

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin skelet qalıqlarının öyrənilməsi üçün yeni şöbə yaradılıb

“Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən yalnız I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin skelet qalıqlarının öyrənilməsi, müayinəsi və sonradan saxlanılması üçün xüsusi şəraitə malik yerdə depolar yaradılıb. Biz həmin yerdə onları saxlayırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə ayrıca yer ayrılıb: “Həmin sümük qalıqları bizə təqdim olunan zaman həmin şöbəyə aparılır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin II Məhkəmə-tibbi kriminalistika şöbəsini yaratmışıq. Orada müayinələr Hərbi Prokurorluğun əməkdaşları ilə birgə protokollaşdırılır. Sonra da orada xüsusi depolarda saxlanılır”.

Check Also

ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. Boyukmillet.com xəbər verir ki, …