Cümə , 22 Noyabr 2024
Drone Cameras

İcma sədri: “Qərbi Azərbaycana qayıdış 60 milyona yaxın azərbaycanlının məsələsidir”

“Qərbi Azərbaycana qayıdış həm də 60 milyona yaxın azərbaycanlının məsələsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı tarixi fikirləri həyatımızın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərdi:

“Prezident bu zaman icma qarşısında bir sıra məsələlələr qoyub. Həmin çıxışdan sonra son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı prosesinə yeni start verildi. Ölkə Prezidentinin qarşımıza qoyduğu digər məsələlərdən biri də Qayıdış Konsepsiyasının hazırlanması idi ki, artıq həmin konsepsiya ictimaiyyətə təqdim olunub. Bu baxımdan Azərbaycanda olan bütün qurumlar bu məsələyə öz töhfəsini verməlidir. Çünki bu, hər birimizi düşündürən ümummilli məsələdir”.

İcma sədri bildirib ki, soydaşlarımızın öz yurdlarına qayıtması məsələsində ölkədəki qurumlarla yanaşı, ölkə xaricindəki Azərbaycanla bağlı bütün təşkilatlar dəstək verməlidirlər:

“Həmçinin vətəndaş cəmiyyətinin üzərinə də çox böyük işlər düşür. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə keçirilən görüşümüzdə də əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edəcəyik və gələcəkdə bu istiqamətdə atacağımız addımlarla bağlı qərarlar qəbul edəcəyik”.

“Bu yaxınlarda QHT Agentliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına İctimai Dəstəklə bağlı qrant müsabiqəsi elan edib. Belə hesab edirik ki, həmin müsabiqənin həyata keçirilməsi bu sahədə atılmış mühüm addımlardan biri olacaq”-, Ə. Ələkbərli vurğulayıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …