Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

İctimai şuralar vətəndaşla dövlət qurumları arasında körpü rolunu oynamalıdır

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur.

Bu qanunun tələblərini yerinə yetirmək üçün məşvərətçi qurum-ictimai şuralar yaradılır.Tez bir zamanda bu qurumlar yaradıldı.Gözləyirdik ki nəsə müsbət bir iş hiss edərik.Amma təəssüf ki onların əksəriyyəti icra orqanlarının yedəyinə çevrildi.Əgər vətəndaş ictimai şuraların fəaliyyətini öz güzəranında hiss etmirsə,deməli bunlar əhəmiyyətsizdir.

Hansı ictimai şura ilə əlaqə saxlayırsan,hansısa problemi deyirsən,boyunlarından atırlar.Onda bu təsisatı nə faydası var? Görüntü yaratmaq,5-10 nəfərə vəsiqə vermək üçün? Axı ictimai şuralar vətəndaşla dövlət qurumları arasında körpü rolunu oynamalıdır.Bunlar nə tez ram oldular.

Sima Babayeva

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …