İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Görüş 37-ci gedişdə “sülh”lə yekunlaşıb – 0,5:0,5. Bu, turun yeganə heç-heçəsi olub. Rəcəbovun Nepomnyaşi ilə ilk dövrədəki oyununda da eyni hesab qeydə alınmışdı.
Qalan oyunların nəticələri:
Yan-Kşiştof Duda (Polşa) – Fabiano Karuana (ABŞ) – 1:0
Hikaru Nakamura (ABŞ) – Alireza Firuzca (Fransa) – 1:0
Rixard Rapport (Macarıstan) – Dinq Liren (Çin) – 0:1
10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 – 4-cü yerlərdə qərarlaşıblar.
Bu gün Rəcəbov XI turda ağ fiqurlarla Dudanı sınağa çəkəcək. Eyni zamanda Nakamura – Rapport, Firuzca Nepomnyaşi və Karuana – Liren görüşləri keçiriləcək.