Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk final gününün qalibləri mükafatlandırılıb.
Boyukmillet.com xəbər verir ki, Milli Gimnastika Arenasında kişi və qadınlar arasında baş tutan turnirdə ilk üç yeri tutanlar üçün mükafatlandırma mərasimi təşkil olunub.
Müxtəlif nominasiyalarda qalib olan gimnastlara və “AGF Trophy”nin ən yaxşıları seçilən idmançılara medallarını gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rauf Əliyev, baş katibi Nurlana Məmmədzadə, Afrika Gimnastika İttifaqının və Misir Gimnastika Federasiyasının prezidenti Esavi Ehab, yarışın direktoru Natalya Bulanova və gimnastika məşqçisi Ceffri Tomson təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan gimnastı Nikita Simonov halqalarla Dünya Kubokunun qalibi olub. Yarışa martın 12-də yekun vurulacaq.