Bu gün idman sahəsində qazanılan nailiyyətlər Azərbaycanın dinamik inkişafı ilə paralellik təşkil edir.
Düşünülmüş siyasət, məqsədyönlü işlər, o cümlədən idman cəmiyyətimizdə önəmli içtimai bir amilə çevrilmişdir.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Daxili İşlər nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbəsi Emil Nağıyev 80 kq çəkidə İtaliyada keçirilən beynəlxalq mötəbər yarışda dünya çempionu oldu və idman sahəsində yeni bir uğura imza ataraq, Azərbaycan bayrağını dünya arenasında dalğalandırdı. Biz bu qələbəni xalqımız adından alqışlayırıq və əhsən deyirik.
Bu gün idmançılara cəmiyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə özlərinə layiqli yer tutublar.
İdmançılarımız bu gün dövlət qayğısı ilə əhatə olunurlar. İdmançılarımıza gələcək qələbərərə stimul verən, şərait və imkan yaradan prezidentimizə və dövlətimizə minnətdarıq. Azərbaycan idmançılarına uğurlar arzulayırıq.
Sima Babayeva