Cümə , 27 Dekabr 2024
Drone Cameras

II Avropa Oyunlarında 30 min turistin iştirakı gözlənilir

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına 30 min turistin gəlişi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “BelTA”ya 2019-cu il II Avropa Oyunları Müdiriyyəti fondunun direktor müavini Anatoli Kotov bildirib.

O, deyib ki, bu cür turnirlərə gələnlər bahalı otellərdə və ya mənzillərdə deyil, özləri ilə gətirdikləri çadırlarda qalmağa üstünlük verirlər. Lakin turistlər üçün paytaxtda və Minsk rayonunda xüsusi evlər ayrılacaq.

A.Kotovun sözlərinə görə, Oyunlar üçün Minskə 4 min idmançı, 3 min rəsmi şəxs, 2 min hakim və min nəfər mətbuat nümayəndəsi təşrif buyuracaq. İdmançılar və məşqçilər tələbə kəndində məskunlaşacaqlar. Hakimlər idman qurğularının yaxınlığında yerləşən mehmanxanalarda qalacaqlar. VİP-qonaqlar isə Minskin ən yaxşı otellərində qonaq ediləcəklər.

Avropa Olimpiya Komitəsinin (EOK) mənzil-qərargahı qismində isə “Marrriott” mehmanxanası seçilib.

Qeyd edək ki, Minsk və EOK İcraiyyə Komitəsi sentyabrın 1-də II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilə bağlayıb. 21 – 30 iyun 2019-cu ildə təşkil olunacaq Oyunların proqramına 15 idman növü daxil edilib. Bunlar badminton, basketbol, boks, güləş (sərbəst, yunan-Roma və qadın güləşi), veloidman (cığır və yol), gimnastika, kayak və kanoe, cüdo, karate, atletika, sambo, kamandan oxatma, atıcılıq, stolüstü tennis və çimərlik futboludur. Oyunlarda 23 idman istiqaməti üzrə 189 dəst medal uğrunda mübarizə gedəcək.

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir