Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İlham Əliyev: “Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir”

Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirir, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayaraq deyib ki, ölkəmiz bu xüsusda bir sıra təşəbbüslərlə çıxış edib. Bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …