Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

İlham Əliyev: “Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib”

Prezident İlham Əliyev bildirib ki, Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən danışıb.

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb.

Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Check Also

Azərbaycanın Fransadakı səfirliyi həmyerlilərimizə müraciət edib

Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək. “Report”un yerli …