Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İlham Əliyev: “Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynayır”

“Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

“Sayın cumhurbaşkanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə barışın, istiqrarın və güvənliyin qarantörüdür. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün Türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi dayanışmamızı bildirmişdir”, – Azərbaycan Prezidenti əlavə edib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …