Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanda minaya düşən şəxslərə şəhid və müharibə əlili statusunun verilməsi təklif edilir

Azərbaycanda xidməti fəaliyyət zamanı minaya düşən mülki şəxslərə şəhid və müharibə əlili statusunun verilməsi təklif edilir.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rəy Kərimoğlu QHT nümayəndələrinin iştirakı ilə Ermənistanın mina terroru ilə bağlı keçirilən müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, həlak olan mina qurbanları şəhid, əlil olan mina qurbanları isə müharibə əlili statusu ilə təmin edilməlidir: “Minaya düşən şəxslər var ki, əmək qabiliyyəti yoxdur, II qrup əlillik verilib, cəmi 200 manat civarında müavinət alır. Bu, düzgün deyil. Həmin şəxslər müharibə əlili sayılmalıdır”.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …