Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Boyukmillet.com xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.

Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.

Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …