Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İmişli icra başçısının nümayəndəsinə cinayət işi açılıb

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb.

Bu barədə  İmişli Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə COVID-19 əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …