İmişli rayonunda cari ilin taxıl biçini başa çatıb.
Boyukmillet.com xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 16 521 hektar sahədə taxıl əkilib.
Bunun 9 137 hektarı buğda, 7 384 hektarı arpa sahəsidir.
Zəmilərdə yetişən məhsul biçilib, 65 515,5 ton məhsul götürülüb və orta məhsuldarlıq 39,7 sentner olub. O cümlədən, 36 773 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 40,2 sentner, 28 742,5 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 38,9 sentner təşkil edib.