Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İmran Xanın partiyası tam tərkibdə parlamentdən istefa verib

Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Biz istefa verdiyimizi elan edir, bütövlüklə parlamentdən gedirik”, – Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.

Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki bülletenində qalıb. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.

Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …