Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İnkassator furqonu partlayıcılarla qarət edildi – 2 milyon oğurlandı

İtaliyanın Reco-di-Kalabriya şəhəri yaxınlığında silahlı dəstə “Sicurtransport” şirkətinə məxsus inkassator furqonuna hücum edib.

Boyukmillet.com xəbər verir ki, 10 nəfərdən ibarət dəstə “Kalaşnikov”, ov tüfəngləri və partlayıcı qurğularla maşının yolunu kəsib. Nəticədə 2 milyon avro oğurlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Hücumu peşəkar dəstənin həyata keçirdiyi bildirilir. Bundan əlavə, müstəntiqlər yerli mafiyanın izlərini də araşdırırlar. Çünki sözügedən bölgədə oxşar hücumlar mafiyanın xəbəri olmadan həyata keçirilə bilmir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …