Cümə , 19 Aprel 2024
Drone Cameras

İqbal Ağazadə də MSK-nın qərarından danışdı: “Dəlil və sübutlar…”

Nəticələri ləğv olunan 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadə də Mərkəzi Seçki Komissiyasının ləğv qərarına münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, İ. Ağazadə seçicilərə müraciətində bildirib ki, belə bir situasiyanın yaranması onun üçün sevindirici hal deyil:

“Çünki, biz sizin səsinizlə qalib gəlmişdik. Həm protokollar, həm də videomateriallar var idi. Dairə və məntəqə seçki komissiyaları da böyük saxtakarlığa imza atıb və bu nəticələri dəyişdirmişdi.

Biz söz vermişdik ki, dairənin nəticələrinin hüquqi yolla ləğvi üçün ciddi mübarizə aparacağıq. 30 məntəqə üzrə hər birinin nəticələri ləğv olundu. Bununla bağlı Baş Prokurorluğa da, MSK-ya da göndərdiyimiz dəlil və sübutlar öz əksini tapdı. Sosial şəbəkə istifadəçiləri bizə ciddi dəstək verdilər, bu faktlar ictimailəşdirildi.

Gələcəkdə nə olacaq, ona baxacağıq. Mən seçkiyə Ümid Partiyasının namizədi kimi gəlmişdim. Partiya bu situasiyanı müzakirə edəcək. Amma bizim üçün təkcə 35 saylı dairə deyil, 20 dairədə də bizim namizədlərimizlə bağlı çalışmalarımız var. Çalışacağıq ki, hüquqi müstəvidə edə biləcəyimiz nə varsa edək. Azərbaycanın demokratikləşməsi naminə qərarlar verəcəyik”.  /Yeni Sabah/

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …