Cümə , 26 Aprel 2024
Drone Cameras

İrəvan xanları nəslinin nümayəndəsi Gəncədə – FOTOLAR

Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncəyə səfər edib. Hazırda Almaniyada yaşayan, ixtisasca isə mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. 
boyukmillet.com xəbər verir ki, Gəncə şəhərinin tarixi abidələri, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanış olan qonaq dahi Nizami Gəncəvinin və qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavad xanın məqbərələrini ziyarət edib.
Qonağı müşayət edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin tarixi, mədəniyyəti ilə bağlı ətraflı məlumat verib.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …