Bazar , 11 Yanvar 2026
Drone Cameras

İran ABŞ-nin nüvə sazişi təklifinə yaxın günlərdə cavab verəcəyini vəd edib

İran ABŞ-nin Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək.

Boyukmillet.com-un “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.

“İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq”, – o deyib.

İyunun 1-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ Prezidentinin elçisi Stiven Uitkoff İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı “ətraflı və məqbul təklif” göndərib. “Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur. İyunun 7-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran uranı zənginləşdirməməlidir, əks halda Tehran Vaşinqtonun fəsadları ilə üzləşəcək.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …