Cümə axşamı , 15 Yanvar 2026
Drone Cameras

İran ABŞ-yə xəbərdarlıq edib: Keçmişdəki səhvinizi təkrarlamayın

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkədə baş verən etirazlar fonunda ABŞ Prezidenti Donald Trampın hərbi müdaxilə ilə bağlı fikirlərinə münasibət bildirərək onu diplomatiya yoluna dəvət edib.

Boyukmillet.com xəbər verir ki, Əraqçi bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

O, aparıcının etirazçılara yardım məsələsində “müəyyən addımlar” atmağı düşünən Trampa mesajının olub-olmadığı barədə sualına cavab verib.

“Mənim mesajım budur ki, iyun ayında etdiyiniz eyni səhvi təkrar etməyin. Bilirsiniz, uğursuz bir təcrübəni yenidən sınasanız, eyni nəticəni alacaqsınız”, – Əraqçi vurğulayıb. O əlavə edib ki, ABŞ administrasiyası diplomatiyaya üstünlük verməlidir.

XİN rəhbəri həmçinin bildirib ki, ölkədə vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Ağ Evdə sənədlərin imzalanma mərasimində çıxış edən Donald Tramp İranda qətllərin dayandırıldığına dair məlumatlar gəldiyini bildirib.

Onu da bildirək ki, ABŞ ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə zamanı bu ölkəyə hava zərbələri endirmişdi.

Check Also

İranda etiraz dalğası böyüyür: onlarla ailə ölkəni tərk edir, Türkiyə sərhədində gərgin gözləmə

İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə üz tutmağa başlayıb. Boyukmillet.com xəbər …