Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran səfirinin Azərbaycanda diplomatik missiyası BAŞA ÇATDI

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.

Bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA-ya bildirib.

Mənbənin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.

Mənbə eyni zamanda, onu da bildirib ki, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.//APA

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …