Şənbə , 10 Oktyabr 2026
Drone Cameras

İran üçüncü müharibəyə HAZIRLAŞIR – 50-dən çox hərbi hissə DÖYÜŞ HAZIRLIĞINA gətirildi

İran ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət sərhədləri boyunca Quru Qoşunlarının 50-dən çox döyüş və köməkçi hərbi hissəsini yerləşdirib.

Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əli Cahanşahi bəyan edib. 

Generalın sözlərinə görə, hərbi hissələr geniş sərhəd zolağında – şimal-qərb rayonlarından ölkənin cənub-qərbinədək, eləcə də şərq regionlarında və cənub-şərqdəki Makran sahili boyunca cəmləşdirilib.

Cahanşahi İran Quru Qoşunlarının ABŞ və İsrail ilə müharibədən əvvəl də sərhədyanı rayonlarda yerləşdiyini xatırladıb.

Əsas qüvvələrin ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq, şimal-şərq və cənub-şərq sərhədlərində mövqe tutduğu bildirilir.

Cahanşahi vurğulayıb ki, ABŞ və İsrail ilə 12 günlük müharibədən sonra ordu əməliyyat planlarına yenidən baxıb, hərbi strukturu dəyişib və qoşunların müasir silahlarla təchiz olunmasını sürətləndirib.

“Biz əməliyyat planlarına yenidən baxdıq, döyüş strukturunu və təşkilatlanmanı dəyişdik. Bölmələrin yüksək dəqiqlikli, intellektual və şəbəkə texnologiyalarına malik yeni növ silahlarla təchiz edilməsinə üstünlük verdik”, – deyə Cahanşahi bəyan edib.

Komandanın sözlərinə görə, görülən tədbirlər Quru Qoşunlarına Tehranın “Ramazan müharibəsi” adlandırdığı üçüncü müharibənin başlanğıcını tam döyüş ruhu və yüksək hazırliqla qarşılamağa imkan verib.

Sərhədə yerləşdirilən qüvvələr arasında xüsusi təyinatlılar, çevik reaksiya və xüsusi əməliyyat bölmələri, mexanikləşdirilmiş hissələr və artilleriya yer alır.

Xatırladaq ki, sentyabrın 20-də Cahanşahi İran Quru Qoşunlarının sərhədlərdə tam nəzarəti saxladığını və istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirib.

Check Also

Trampdan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mühüm açıqlama

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə doğru …