Rusiya ilə İran arasında hərbi əməkdaşlıq yeni mərhələyə keçib.
Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyinə danışan Qərb mənbəsi Moskvanın Tehrana raket tədarükünə başladığını bildirib.
Bundan əvvəl Rusiyanın İrana hava zərbələri üçün kəşfiyyat məlumatları verdiyi bildirilirdi.
Nəşr yazır ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi bəyan edilən əsas məqsədlərindən birinə çatmayıb.
Aylarla davam edən bombardmanlara baxmayaraq, Tehran döyüşlərin dayandırılmasından yararlanaraq raket və PUA istehsalı gücünü qoruyub və hərbi ehtiyatlarını bərpa edib.
Mənbənin sözlərinə görə, İran gəmiəleyhinə raket arsenalının da müəyyən hissəsini saxlayır. Həmçinin vurğulanır ki, rəsmi Tehran qısa müddətdə raket və dron istehsalını dəfələrlə artıra bilər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
