Şənbə , 10 Yanvar 2026
Drone Cameras

İran XİN ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in məlumatında qeyd edilib.

Bildirilib ki, Hüseyin Əmir Abdullahian ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Danışıq çərçivəsində Əmir Abdullahian Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.

İranın XİN başçısı davamlı sülhə nail olmaq üçün fikir ayrılıqlarının əsas səbəbləri ilə mübarizənin zəruriliyini vurğulayaraq əlavə edib ki, regionda hərtərəfli sülhə nail olmaq üçün ən əlverişli yol danışıqlar və mexanizmlər, o cümlədən, “3+3” formatıdır.

O, həmçinin söyləyib ki, Araz çayının ekosistemini qorumaq üçün onun çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsi vacibdir.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …